“Transfermarkt” internet-portalı dünyanın ən bahalı heyətə malik klubu və ən bahalı heyətə malik milli komandasını açıqlayıb.
Arena.az xəbər verir ki, hazırda ən bahalı heyətə malik klub komandası Fransa nəhəngi PSJ-dir.
Paris klubunun oyunçularının ümumi transfer dəyəri 1,37 milyard avro məbləğindədir.
Dünyanın ən bahalı milli komandası isə Fransa millisidir. “Xoruzlar”ın oyunçularının ümumi transfer dəyəri 1,53 milyard avro məbləğindədir.


