Emil Balayev: “Millidə əsl ailə atmosferi var”

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Malta yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan milli komandası sabah Macarıstanın Sombatxey şəhərində Malta yığması ilə üz-üzə gələcək.

Emil Balayev bu gün baş tutmuş mətbuat konfransında bunları vurğulayıb:

“Uzun müddətdən sonra yenidən millidə olduğum üçün çox sevinirəm. Mənə etimad göstərdikləri üçün məşqçilərimizə təşəkkürümü bildirirəm. Bizi sabah maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik və artıq dörd gündür Avstriyadayıq. Kollektivdə əsl ailə atmosferi var”.

Qeyd edək ki, Azərbaycan və Malta yığmaları arasındakı yoxlama oyunu sabah – iyunun 5-də Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: