Nicat Mehbalıyev “Şəfa”da!

“Sabah”la Azərbaycan çempionatının və Azərbaycan Kubokunun qalibi olmuş Nicat Mehbalıyev paytaxt klubunu tərk edərək “Şəfa”ya keçib.

Arena.az bu barədə “Şəfa”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq bu klub növbəti transferini reallaşdırıb. Qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb.

Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib. O, ötən mövsüm Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. Lakin 25 yaşlı qolkiperin paytaxt klubu ilə müqaviləsinin müddəti başa çatıb. Bu üzdən də o, “Sabah”ı azad agent kimi tərk edərək “Şəfa”dan aldığı təklifi müsbət cavablandırıb.

Nicat Mehbalıyev karyerası ərzində “Qarabağ”ın da formasını geyinib. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında da çıxış edib.

Xatırladaq ki, “Şəfa” daha öncə “Kəpəz”dən ayrılmış Rauf Hüseynlini də heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: