Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəliblər.
Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanı İspaniyadan olan FİFA referisi Antonio Mateu Laos idarə edib. Oyunun taleyini bir qol həll edib. Kay Havertsin ilk yarıda vurduğu qol London klubuna qələbə qazandırıb.
Beləcə, “Çelsi” tarixində ikinci dəfə Çempionlar Liqasında baş mükafata sahib çıxıb. “Zadəganlar” ilk dəfə 2012-ci ildə ÇL-in qalibi olmuşdular. Sözügedən komanda bir dəfə də finalda məğlubiyyətlə üzləşib. “Mançester Siti” isə ilk dəfə idi Çempionlar Liqasının finalına yüksəlmişdi və bu “debüt”ündə sevinə bilməyib.
UEFA Çempionlar Liqası
Final
29 may
Mançester Siti – Çelsi 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).
Mançester Siti: Ederson, Kayl Uolker, Con Stounz, Ruben Dias, Aleksandr Zinçenko, İlkay Gündoğan, Bernardo Silva, Fil Foden, Riyad Mahrez, Kevin de Breyne, Rahim Sterlinq.
Ehtiyat oyunçular: Zak Steffen, Skott Karson, Natan Ake, Emerik Laport, Rodri, Benjamen Mendi, Joao Kanselo, Erik Qarsiya, Fernandinyo, Ferran Torres, Qabriel Jezus, Serxio Aquero.
Çelsi: Eduard Mendi, Ris Ceyms, Sesar Aspilikueta, Tyaqo Silva, Antonio Rudiger, Ben Çiluell, Jorjinyo, Nqolo Kante, Meyson Maunt, Kay Haverts, Timo Verner.
Ehtiyat oyunçular: Kepa Arrisabalaqa, Villi Kabalyero, Markos Alonso, Andreas Kristensen, Kurt Zuma, Emerson, Mateo Kovaçiç, Billi Gilmor, Kallum Hadson-Odoi, Kristian Pulişiç, Hakim Zieş, Olivye Jiru.


