DÇ-2026: Braziliya əzmkar qələbə ilə 1/8 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Beşqat dünya çempionu Braziliya millisi 1/8 finala vəsiqə uğrunda Yaponiya yığması ilə qarşılaşıb. Hyustonda (Texas, ABŞ) keçirilniş matçda Cənubi Amerika təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib. Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan “sambaçılar” Kazemiro ilə Qabriel Martinellinin qolları sayəsində qələbəni bayram ediblər.

Braziliya millisi 1/8 finalda Kot-d’İvuar – Norveç matçının qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə Kanada millisi Cənubi Afrika Respublikası yığmasına 1:0 hesabıyla qalib gələrək 1/8 finala vəsiqə qazanmışdı.

DÇ-2026
1/16 final
29 iyun

Braziliya – Yaponiya 2:1
Qollar: Kazemiro, 56. Qabriel Martinelli, 90+5 – Kaysyu Sano, 29.

Bu gecə mundialda daha iki oyun keçiriləcək. Növbəti görüşlərin təqvimi belədir:

30 iyun

00:30. Almaniya – Paraqvay
05:00. Niderland – Mərakeş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: