“Neftçi” Sloveniyada ÇFR-ə uduzdu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda Rumıniyanın ÇFR (Kluj) kollektivi ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın heyətində Bassala Sambu fərqlənib.

Yuri Vernidub bu matçda aşağıdakı heyəti meydana buraxıb:

Əsas heyət: Emil Balayev, Rüfət Abbasov, Sessi D Almeyda, Emin Mahmudov (k), İmad Faraj, Murad Xaçayev, Qustavo Klisman, Lyubomir Tupta, Endryu Qravilyon, Andrey Ştoqrin, Falaye Sako.
Ehtiyat oyunçular: Kenan Piriç, Məhdi Həsənov, Nurəziz Əzizov, Rza Cəfərov, Elvin Camalov, İqor Ribeyro, Emil Səfərov, Elvin Bədəlov, İfeanyi Metyu, Ağadadaş Salyanski, Mustafa Sek, Alessio Kurçi, Breno Almeyda, Aslan Şirinov, Məhəmməd Məmmədli, Bassala Sambu.

Xatırladaq ki, “Neftçi” Sloveniyada daha üç yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki” (Niş) (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: