Almaniya milli komandasnın sabiq üzvü, 35 yaşlı hücumçu Kevin Folland peşəkar futbolçu karyerasını başa vurduğunu bəyan edib.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu son olaraq karyerasına başladığı “Münhen 1860” klubunun formasını geyinirdi.
Folland futbol həyatına məhz bu klubun akademiyasında başlayıb və uzun illər sonra yenidən doğma komandaya qayıdaraq karyerasını burada başa vurub.
Kevin futbolçu karyerası ərzində Almaniya və Fransada çıxış edib. O, “Hoffenhaym”, “Bayer”, “Monako” və “Union Berlin” kimi klubların da şərəfini qoruyub. Xüsusilə “Bayer” və “Monako”da göstərdiyi məhsuldar oyunla Avropanın tanınmış hücumçularından birinə çevrilib.
Folland klub karyerası ərzində 500-dən çox rəsmi oyunda meydana çıxaraq 150-dən artıq qol vurub və çoxsaylı məhsuldar ötürmələrlə yadda qalıb. Almaniya Bundesliqasında uzun illər stabil çıxışı ilə seçilən futbolçu, 2020-ci ildə “Monako”ya transfer olmuş və burada da uğurlu mövsümlər keçirmişdi.
Almaniya millisində 2014-cü ildə debüt edən Kevin Folland yığmanın heyətində 15 oyun keçirib və 1 qol vurub. O, həmçinin 2017-ci ildə Almaniya millisinin heyətində FIFA Konfederasiyalar Kubokunun qalibi olub.


