Misir millisi futbol üzrə dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsi çərçivəsində keçirdiyi oyundan qələbə ilə ayrılıb.
Arena.az xəbər verir ki, Afrika təmsilçisi buna DÇ-2026-nın 1/16 final mərhələsində Avstraliya millisini penaltilər seriyasında məğlub etməklə nail olub.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatmış qarşılaşmada misirlilər 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesablı qələbə qazanaraq adlarını 1/8 finala yazdırıblar.
Bu nəticə Misir futbolu üçün tarixi əhəmiyyət daşıyır. Komanda dünya çempionatlarının final mərhələsində iştirak etdiyi əvvəlki turnirlərdə heç vaxt pley-off görüşündə qalib gələ bilməmişdi.
Misir millisi mundialın final mərhələsində dördüncü dəfə çıxış edir. Komanda 1934-cü ildə keçirilçoş ilk dünya çempionatında həmin dövrün ilk pley-off mərhələsi sayılan 1/8 finalda mübarizəni dayandırmışdı. Daha sonra 1990 və 2018-ci il dünya çempionatlarında bu komanda qrup mərhələsini keçə bilməmişdi.
Beləliklə, DÇ-2026 Misir millisinin tarixində yeni səhifə açıb. Komanda ilk dəfə pley-off mərhələsində qalib gələrək dünya çempionatında 1/8 finala yüksəlib.
Misir milli komandası 1/8 finalda Argentina – Kabo Verde cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş iyulun 7-də keçiriləcək.


