“Benfika” kolumbiyalı hücumçu Con Duranı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Benfika” 22 yaşlı futbolçunun bir illik icarəsi üçün 6,1 milyon avro ödəyib. Müqavilədə oyunçunun 30 milyon avroya birdəfəlik transfer edilməsi hüququ da nəzərdə tutulub.
Con Duran ötən mövsümün ikinci yarısını icarə əsasında Rusiyanın “Zenit” klubunda keçirib. O, Sankt-Peterburq təmsilçisinin heyətində 9 oyuna çıxaraq 2 qol vurub.
Kolumbiyalı hücumçu peşəkar karyerasına vətəninin “Enviqado” klubunda başlayıb. O, burada üç mövsüm ərzində 51 oyunda 10 qola imza atıb.
Daha sonra ABŞ-ın “Çikaqo Fayr” klubuna transfer olunmuş Duran bir mövsüm MLS-də çıxış edib. 2023-cü ilin qışında İngiltərənin “Aston Villa” klubuna keçən futbolçu, 2025-ci ilin yanvarında “Əl-Nəsr”ə transfer olunub.
O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində yarım il ərzində keçirdiyi 18 matçda 12 qol vurub.



