Alexandro Qarnaço “Çelsi”ni “Aston Villa”ya dəyişdi

“Çelsi”nin argentinalı cinah hücumçusu Alexandro Qarnaço bundan sonra İngiltərənin digər klubu “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Aston Villa”nın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 22 yaşlı vingeri 2026/2027-ci illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə mövsümün sonunda futbolçunun transfer hüquqlarının alınması şərti də var.

Xatırladaq ki, “Mançester Yunayted”in yetirməsi hesab edilən Alexandro Qarnaço 2025-ci ildən “Çelsi”də çıxış edirdi. “Zadəganlar” bu transferi həmin vaxt 46,2 milyon avroya rəsmiləşdiriblər. 21 yaşlı vingerin bu klubla 2032-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xatırladaq ki, Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko” (Madrid) futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib.

Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, yığmanın heyətində Amerika Kubokunun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı Alexandro Qarnaçonu 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: