Avroliqa: “Qarabağ”ın mümkün rəqiblərinin oyununda 5 cavabsız qol

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, 2-ci raundun ilk oyunlarının hamısı eyni günə təsadüf edib.

Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” doğma meydanda qarşılaşdığı ÇSKA (Sofiya, Bolqarıstan) ilə qolsuz heç-heçəyə razılaşıb.

“Qarabağ” – ÇSKA cütünün növbəti raunddakı mümkün rəqiblərinin görüşündə Təl-Əviv “Makkabi”si “Şerif”i səfərdə 5 cavabsız qolla yenib və demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

Türkiyənin “Beşiktaş” komandası isə “Midtyulland” (Danimarka) ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

Qeyd edək ki, Avroliqada 2-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 30-da keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul

Qarabağ (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

Dinamo (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) 2:3

Hammarbü (İsveç) – Anderlext (Belçika) 1:1

Şerif (Tiraspol, Moldova) – Makkabi (Təl-Əviv, İsrail) 0:5

Tromse (Norveç) – Hradeç (Çexiya) 0:1

Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka) 1:0

Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya) 2:1

Tvente (Niderland) – Ferentsvaroş (Macarıstan) 1:2

Hayduk (Split, Xorvatiya) – Pafos (Kipr) 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: