UEFA reytinqi: “Qarabağ” əmsalı 1,875-ə çatdırdı

“Qarabağ”ın ötən gün futbol üzrə Avropa Liqasında imza atdığı heç-heçə sayəsində Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

Arena.az xəbər verir ki, bu, sözügedən komandanın Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivi ilə 0:0 hesablı heç-heçəsi nəticəsində mümkün olub.

“Zirə”nin ötən gün Estoniyanın “Payde” komandasına səfərdə məğlub olması qəsəbə təmsilçisinin əmsal qazanmasına imkan verməyib.

Beləliklə, ölkəmizin cari mövsümdə qazandığı əmsal 1,875-ə çatıb. Azərbaycan hazırda 20,437 reytinq əmsalı ilə 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500, 27-ci mövqedəki Slovakiyanın 19,375 əmsalı var.

Bu mövsüm Azərbaycan klublarının qazandıqları əmsal bölgüsü belədir:

“Sabah”: 3 qələbə – 0,750
“Qarabağ”: 2 qələbə, 1 heç-heçə – 0,625
“Zirə”: 2 qələbə – 0,500
“Neftçi”: 0

UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: