“Neftçi” və “Zirə”nin cavab oyunları üçün irland və xorvat hakimlər

“Neftçi” və “Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi cavab oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Minsk “Dinamo”sunun qonağı olacaq. Bu matça Şimali İrlandiyadan olan Tim Marşall təyinat alıb. Ona Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şeyn Makqoniql yerinə yetirəcək.

Bu görüş iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe Siti” stadionunda keçiriləcək. Bu matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.

“Zirə” – “Payde” qarşılaşmasını isə Xorvatiyadan olan Dario Bel idarə edəcək. Ona İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Tərəflər arasında cavab matçı iyulun 31-də Sumqayıtda keçiriləcək. “Sumqayıt Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: