Van Bommel: “Belçikalıların bizimlə fəxr etməsi üçün…”

Belçika milli komandasının yeni baş məşqçisi Mark van Bommel bu vəzifəyə təyin olunmasından sonra ilk açıqlamasını verib.

Arena.az xəbər verir ki, 49 yaşlı niderlandlı mütəxəssis Belçika millisinə rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib:

“Belçika millisinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə göstərilən etimada görə Belçika Kral Futbol Assosiasiyasına təşəkkür edirəm. Bu ölkənin görkəmli futbolçuları və böyük potensialı var. Məşqçilər korpusumla birlikdə dünyanın ən güclü yığmaları ilə bərabər səviyyədə mübarizə apara biləcək intizamlı, iddialı və cəsarətli komanda formalaşdırmağa çalışacağıq.

Uğura heç vaxt zəmanət vermək olmaz. Amma əzmkarlıq, dürüstlük və işimizə sədaqət göstərəcəyimizə söz verə bilərəm. Hər gün inkişaf etmək və Belçika xalqının bizimlə fəxr etməsi üçün əlimizdən gələni edəcəyik. Futbolçular, komanda heyəti və azarkeşlərlə görüşü, eləcə də karyeramın bu yeni mərhələsinə başlamağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Van Bommel bundan əvvəl PSV, “Volfsburq” və Belçikanın “Antverpen” klublarını çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: