Niderland millisinin cinah hücumçusu Krinsensio Sammervill bundan sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
“Əl-Hilal” 24 yaşlı vingerin transferini rəsmən açıqlayıb. Niderlandlı futbolçu İngiltərənin “Vest Hem” klubundan ayrılaraq “Əl-Hilal”la 4 illik müqavilə imzalayıb.
Transferin sabit məbləği 55 milyon funt sterlinq (təxminən 65,3 milyon avro) təşkil edib. Müqavilədə əlavə olaraq 10 milyon funt sterlinq məbləğində bonus ödənişləri də nəzərdə tutulub.
Sammervill 2024-cü ildən “Vest Hem”in formasını geyinirdi. O, 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 34 oyuna çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Niderland millisinin üzvü olan cinah oyunçusu 2026-cı il dünya çempionatında 4 matçda meydana çıxıb. O, turnirdə 2 qolla yanaşı, 2 məhsuldar ötürmə müəllifi olub.


