Futbol üzrə Xorvatiya yığmasının mərkəz müdafiəçisi Tin Yedvay bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “Əl-Şabab”a transfer olunub.
Bunu klubun mətbuat xidməti rəsmən açıqlayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti və digər detalları hələlik açıqlanmayıb.
Tin Yedvay Xorvatiyanın “Zaqreb” və “Dinamo” (Zaqreb) klublarının yetirməsidir. Onun son klubu Yunanıstanın “Panatinaikos”u olub. Mərkəz müdafiəçisi karyerası ərzində Moskvanın “Lokomotiv”, Almaniyanın “Bayer” (Leverkuzen), “Auqsburq”, İtaliyanın “Roma”, Birləşmiş rəb Əmmirliklərinin “Əl-Əyn” klublarının da formasını geyinib.
Müdafiəçi 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 23 rəsmi oyuna çıxıb və 4 qol vurub.
“Transfermarkt” portalının məlumatına görə, xorvatiyalı futbolçunun hazırkı bazar dəyəri 2 milyon avro qiymətləndirilir.


