“Şamaxı” Qəbələdə Qətər komandasına 3 qol vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Qətərin “Əl-Xaraitiyat” kollektivi ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda təşkil edilmiş görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Azər Bağırovun çalışdırdığı kollektiv bu rəqibini 3 cavabsız qolla məğlub edib. Qolları Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov vurublar.

Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi bu yay keçirdiyi ilk yoxlama oyununda “Kəpəz”lə heç-heçəyə razılaşmışdı – 0:0. Sözügedən komanda “Qəbələ” ilə də qarşılaşacaq. Bu oyun avqustun 4-də Qəbələ şəhər stadionunda keçiriləcək.

“Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla 8-ci pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: