Bu ay başa çatmış futbol üzrə dünya çempionatının (DÇ-2026) ən gözəl qolu Kabo Verde millisinin müdafiəçisi Sidni Kabralın vurduğu top seçilib.
Arena.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Kabral mundialın 1/16 final mərhələsi çərçivəsində Argentina millisinə qarşı keçirdikləri oyunun 103-cü dəqiqəsində fərqlənərək hesabı 2:2 etmişdi. Lakin Kabo Verde yığması əlavə vaxtda daha bir qol buraxaraq 2:3 hesabı ilə məğlub olmuşdu.
Turnirin ən yaxşı qolu nominasiyasında ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov tutub. İlk üçlüyü isə Haiti millisinin hücumçusu Vilson İzidor tamamlayıb.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatıb. Finalda İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.


