“Araz-Naxçıvan” komandasının Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə rəqiblərini harada qəbul edəcəyi dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Xatırladaq ki, “Arax Naxçıvan” əvvəlki mövsümlərdə ev oyunlarını Bakıda, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirirdi. Lakin AFFA-nın balansında olan bu arenada ötən mövsümün sonlarından yenidənqurma işləri aparılmaqdadır. Bu üzdən naxçıvanlılar ötən mövsümün sonlarında ev oyunlarını Sumqayıtda keçirmək məcburiyyətində qalmışdı. Yeni mövsüm üçün də xeyli vaxtdır arena axtarışında olan muxtar respublika təmsilçisi axır ki, seçimini Qəbələ şəhər stadionundan yana edib. Böyük ehtimalla, ənənəvi olaraq Bakıda məskunlaşacaq Naxçıvan təmsilçisi ev oyunları üçün Qəbələyə yollanacaq. Hansı ki, burada Premyer Liqanın digər təmsilçisi “Qəbələ” də ev oyunlarını keçirir.


