Futbol üzrə İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun mərkəz yarımmüdafiəçisi Rodri uğurlu bel əməliyyatı keçirib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçunu qarşıdakı günlərdə bərpa prosesi gözləyir. Cərrahi müdaxilə səbəbindən yarımmüdafiəçi yeni mövsümün əvvəlində komandaya kömək edə bilməyəcək.
Xatırladaq ki, Rodri 2019-cu ilin iyulundan “Mançester Siti”nin formasını geyinir. O, bu müddətdə İngiltərə klubunun heyətində 298 oyuna çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə verib.
İspan yarımmüdafiəçi klub səviyyəsində dörd dəfə İngiltərə çempionu, üç dəfə İngiltərə Liqa Kubokunun, iki dəfə İngiltərə Kubokunun qalibi olub. O, həmçinin UEFA Super Kuboku, İngiltərə Super Kuboku və klublararası dünya çempionatını da qazanıb.
Yarımmüdafiəçi daha əvvəl “Atletiko” və “Vilyarreal” klublarında da çıxış edib.
Milli komandanın heyətində isə Rodri UEFA Millətlər Liqasının (2022/23), Avropa çempionatının (2024) və dünya çempionatının (2026) qalibi olub.


