UEFA reytinqi: “Sabah” əmsalı 2,125-ə çatdırdı

“Sabah”ın ötən gün Çempionlar Liqasında (ÇL) qazandığı növbəti qələbə sayəsində Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

Arena.az xəbər verir ki, bu, sözügedən komandanın ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın KuPS kollektivini səfərdə 2:0 hesabıyla məğlub etməsi nəticəsində mümkün olub.

Beləliklə, ölkəmizin cari mövsümdə qazandığı əmsal 2,125-ə çatıb. Azərbaycan hazırda 20,687 reytinq əmsalı ilə 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500, 27-ci mövqedəki Slovakiyanın 19,500 əmsalı var.

UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Bu mövsüm Azərbaycan klublarının qazandıqları əmsal bölgüsü belədir:

“Sabah”: 4 qələbə – 1,000
“Qarabağ”: 2 qələbə, 1 heç-heçə – 0,625
“Zirə”: 2 qələbə – 0,500
“Neftçi”: 0

Xatırladaq ki, avrokuboklardakı digər təmsilçilərimizdən “Neftçi”, “Zirə” və “Qarabağ”ın növbəti oyunları sabah baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: