2026/2027-ci illər mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz” komandasının yoxlama oyunlarındakı növbəti rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda iyulun 31-də Türkiyə təmsilçisi “İğdır” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Turan Tovuz” Türkiyədəki hazırlıq prosesi çərçivəsində buna qədər iki yoxlama oyunu keçirib. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda İranın U-21 millisi ilə və Türkiyənin “Fatih Karagümrük” kollektivləri ilə qarşılaşıb. Hər iki oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyun avqustun 14-də Tovuzda keçiriləcək.
Berdiyevin komandası ötən mövsümü bürünc medalçı kimi başa vurub.


