Bu ilin yayında “Şamaxı”dan azad agent kimi ayrılmış müdafiəçi Rafael Məhərrəmli bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb.
Rafael Məhərrəmli karyerası ərzində “Şamaxı”, “Qarabağ”, “Zirə”, “Səbail” kimi klubların da formasını geyinib. O, Azərbaycanın U-19 və U-21 yığmalarında da çıxış edib.
“Şamaxı” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov və Kennet Kalunqanı da heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska komandanı tərk ediblər. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


