Krupi əməliyyat olundu – bərpa müddəti bilinmir

İngiltərənin “Bornmut” klubunun fransalı gənc hücumçusu Eli Junior Krupi ayaq nahiyəsindən aldığı ciddi zədəyə görə əməliyyat keçirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat uğurla başa çatsa da, 20 yaşlı fransalı futbolçunun bərpa müddəti hələlik məlum deyil.

Krupi zədəni komandanın Avstriyadakı mövsümöncəsi təlim-məşq toplanışı zamanı alıb. O, həftənin əvvəlində ətraflı tibbi müayinədən keçmək və cərrahi əməliyyat olunmaq üçün təcili şəkildə Böyük Britaniyaya qayıdıb.

Klubun açıqlamasında deyilir:

“Klubumuzda hər kəs Eliyə tezliklə sağalmağı arzulayır və onun yenidən meydanlara qayıdacağı günü səbirsizliklə gözləyir”.

“Bornmut”un tibbi və məşqçi heyəti futbolçu üçün artıq fərdi reabilitasiya proqramı hazırlayıb.

Krupinin zədəsi yeni Premyer Liqa mövsümü ərəfəsində komanda üçün ciddi itki hesab olunur. Gənc hücumçu 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 35 oyunda meydana çıxaraq 13 qol vurub və “Bornmut”un İngiltərə Premyer Liqasındakı ən məhsuldar futbolçusu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: