Bu yay “Neftçi”dən ayrılaraq Kiprin “Pafos” klubuna transfer olunmuş Murad Məmmədov yeni komandasının heyətində ilk rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirdikləri cavab görüşünün 82-ci dəqiqəsində meydana daxil olub.
Murad Məmmədov İvan Şuniçi əvəzləyərək “Pafos”un heyətində rəsmi debütünü gerçəkləşdirib.
Qeyd edək ki, “Pafos” “Hayduk”a qarşı doğma meydanda keçirdiyi cavab görüşündə 4:0 hesablı qələbəyə sevinib. İlk oyunda 0:2 hesabıyla uduzmasına baxmayaraq, darmadağın sayəsində mərhələ adlamış Kipr komandası növbəti raundda Avstriyanın “Zalsburq” komandası ilə üz-üzə gələcək. İlk oyun avqustun 6-da Avstriyada, cavab görüşü ayın 13-də Kiprdə keçiriləcək.
Xatırladaq ki, Murad bu yay “Pafos”un heyətində yoxlama oyunlarında forma geyinsə də, rəsmi olaraq debüt etməmişdi.


