Futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsində üz-üzə gələcək bütün cütlüklər bəlli olub.
Arena.az xəbər verir ki, bu, Avroliqanın ötən gecə keçirilmiş 2-ci təsnifat mərhələsinin cavab görüşlərindən sonra müəyyənləşib.
“Qarabağ”ı mübarizədən kənarlaşdırmış Bolqarıstanın ÇSKA (Sofiya) komandası növbəti raundda “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.
Türkiyənin “Beşiktaş” komandasını isə 3-cü raundda Çexiya təmsilçisi “Hradeç”lə görüşlər gözləyir.
Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin ilk oyunları 6 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda keçiriləcək.
Avroliqa
Çempionlar yolu
Larne (Şimali İrlandiya) – İberiya (Gürcüstan)
Linkoln (Cəbəllüttariq) – Omoniya (Kipr)
KuPS (Finlandiya) – Universitatya (Krayova, Rumıniya)
Şemrok Rovers (İrlandiya) – Eqnatiya (Albaniya)
Lex (Polşa) – Klaksvik (Farer adaları)
Tyun (İsveçrə) – Vikinqur (İslandiya)
Əsas yol
Hradeç (Çexiya) – Beşiktaş (Türkiyə)
Yagelloniya (Polşa) – Reyncers (Şotlandiya)
PAOK (Yunanıstan) – Anderlext (Belçika)
Zalsburq (Avstriya) – Pafos (Kipr)
Benfika (Portuqaliya) – Harts (Şotlandiya)
Makkabi (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan)
Ferentsvaroş (Macarıstan) – Qurnik (Polşa)


