Futbol üzrə Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” 2026/2027-ci illər mövsümündə çıxışını Konfrans Liqasında davam etdirəcək.
Arena.az xəbər verir ki, artıq Ağdam klubunun Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi də məlumdur.
“Köhlən atlar”ın rəqibi Kiyev “Dinamo”su olacaq. Ukrayna nəhəngi Avropa Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb. “Dinamo” iki oyunun nəticəsinə əsasən 2:5 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasına yuvarlanıb. Sözügedən komanda ev oyununda 2:3, səfər matçında 0:2 hesabıyla uduzub.
Ağdam təmsilçisi isə Avroliqanın 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına penaltilər seriyasında 4:5 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb.
Beləliklə, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və “Dinamo” (Kiyev) komandaları üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək. İlk oyun səfərdə, cavab görüşü Bakıda baş tutacaq.


