UEFA reytinqində ən yaxşı start göstəricimiz

Azərbaycan klubları (“Sabah”, “Qarabağ”, “Zirə”, “Neftçi”) avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 xal qazandırıblar.

Arena.az xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyə qədər təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018-ci illər mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250-yə bərabər olmuşdu.

Qeyd edək ki, bu mövsüm Azərbaycan klublarının qazandıqları əmsal (2,625) bölgüsü belədir:

“Sabah”: 4 qələbə – 1,000
“Qarabağ”: 2 qələbə, 2 heç-heçə – 0,750
“Zirə”: 2 qələbə, 1 heç-heçə – 0,625
“Neftçi”: 1 qələbə – 0,250

Azərbaycan hazırda son 5 ilin nəticələrinə əsasən, UEFA reytinqində 21,187 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 22,125, 27-ci mövqedəki Slovakiyanın 19,875 əmsalı var.

Reytinq cədvəlində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: