Azərbaycan avrokubokların 2026/2027 mövsümündə ilk 2 raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplamış iki ölkədən biridir.
Arena.az xəbər verir ki, 9 qələbə qazanmış komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub.
Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutmuş mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.
Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşürlər. Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə ediblər. İki komandası mübarizəyə başlamış Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.
2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:
| Yer | Ölkə | Q | H | M | Xal |
|---|---|---|---|---|---|
| 1 | Azərbaycan | 9 | 3 | 2 | 2,625 |
| 2 | Latviya | 10 | 1 | 3 | 2,625 |
| 3 | Estoniya | 8 | 4 | 4 | 2,500 |
| 4 | Finlandiya | 7 | 3 | 4 | 2,125 |
| 5 | Lixtenşteyn | 2 | 0 | 0 | 2,000 |
Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:
| Yer | Komanda | Q | H | M | Xal |
|---|---|---|---|---|---|
| 1 | Sabah | 4 | 0 | 0 | 1,000 |
| 2 | Qarabağ | 2 | 2 | 0 | 0,750 |
| 3 | Zirə | 2 | 1 | 1 | 0,625 |
| 4 | Neftçi | 1 | 0 | 1 | 0,250 |
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına düşüb. “Zirə” və “Neftçi” isə Konfrans Liqasında mübarizəni dayandırıblar.


