Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə Avropa Liqasının 2026/2027 mövsümünün 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Əliyar Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.
Azərbaycanlı referiyə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Linkoln” – “Omoniya” matçı avqustun 6-da Cəbəllüttariqdə keçiriləcək. “Europa Point Stadium”da baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.


