“Kəpəz” Qətər klubu ilə oyunun ləğv olunduğunu açıqladı

2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” komandası sabah – avqustun 1-də növbəti yoxlama oyununda qüvvəsini sınamalı idi.

Arena.az xəbər verir ki, sözügedən komanda Azərbaycanda təlim-məşq toplanışında olan Qətər təmsilçisi “Əl-Xəraitiyat”la üz-üzə gələcəkdi.

Amma bu yoxlama görüşü ləğv olunub. Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə vurğulanır ki, qarşılaşma Qətər təmsilçisinin istəyi ilə ləğv edilib.

Xatırladaq ki, “Kəpəz” daha öncə keçirdiyi yoxlama görüşlərində “Şamaxı” və “Sumqayıt”la qolsuz heç-heçə (0:0) edib, “Qəbələ”yə 1:2 hesabıyla məğlub olub.

Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda son çempion “Sabah”la üz-üzə gələcək. Sözügedən matçın Gəncədə təşkil edilməsi gözlənilir. Dəqiq oyun günü və matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: