Futbol üzrə Azərbaycan milli komandasının sağ cinah yarımmüdafiəçisi Rüfət Abdullazadə İsrailin “İroni Kiryat Şmona” klubunda debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bu gün İsrail Kuboku çərçivəsində qarşılaşdıqları Hayfa “Makkabi”si ilə görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə diqqət mərkəzinə düşüb. Qarşılaşma Rüfətin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Rüfət Abdullazadə “İroni Kiryat Şmona”ya bu yay Xorvatiyanın “Varajdin” klubundan icarə müqaviləsi əsasında keçib. O, 2026/2027-ci illər mövsümünün sonunadək İsraildə çıxış edəcək.
“Varajdin” isə Rüfəti 2025-ci ilin yayında “Səbail”dən transfer edib. Futbolçunun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi var. Abdullazadə “Varajdin”də cəmi 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci yarısında isə o, “Zirə”də icarədə olub və məhsuldar fəaliyyəti ilə diqət çəkmədiyi 9 oyun keçirib.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.


