“Alkmar” PSV-ni darmadağın edərək super kuboku qazandı

“Alkmar” komandası futbol üzrə Niderland Super Kuboku uğrunda oyunda Eyndhovenin PSV komandasını darmadağın edərək titula sahib çıxıb.

Arena.az xəbər verir ki, Eyndhovenin “Philips” stadionunda keçirilmiş görüşdə 4:0 hesablı darmadağın qeydə alınıb.

PSV artıq 9-cu dəqiqədə azlıqda qalıb. VAR müdaxiləsindən sonra hakim Herman Teo Vermaha qırmızı vərəqə göstərib. Nəticədə rəqib ilk hissədə üstünlüyü 25-ci dəqiqədə Meks Merdinkin qolu ilə ələ keçirib.

İkinci hissədə Alkmarın eyniadlı təmsilçisi fərqi daha da artırıb. 51-ci dəqiqədə Patati hesabı 2:0 edib. 58-ci dəqiqədə Elyayja Deykstra fərqlənərək üçüncü qolu vurub. 66-cı dəqiqədə isə Deyv Daala təyin olunan penaltini dəqiq yerinə yetirib.

Beləliklə, “Alkmaar” tarixində ikinci dəfə Niderland Super Kubokunun qalibi olub. “Pendirçilər” sonuncu dəfə bu titulu 2009-cu ildə qazanmışdılar.

PSV isə turnirdə 15 qələbə ilə rekordçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: