“Qarabağ”ın futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində baş tutub.
Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə ayın 27-də keçiriləcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi
20 avqust – 27 avqust
Çempionlar yolu
Tyun (İsveçrə)/Vikinqur (İslandiya) – Borats (Bosniya və Herseqovina)/Vitebsk (Belarus)
Şemrok Rovers (İrlandiya)/Eqnatiya (Albaniya) – KuPS (Finlandiya)/Universitatya (Krayova, Rumıniya)
Tre Fiori (San Marino)/Drita (Kosovo) – Flora (Estoniya)/İnter Eskaldes (Andorra)
Lex (Polşa)/Klaksvik (Farer adaları) – Riqa (Latviya)/Dyor (Macarıstan)
Linkoln (Cəbəllüttariq)/Omoniya (Kipr) – Larn (Şimali İrlandiya)/İberiya (Gürcüstan)
Əsas yol
HJK (Finlandiya)/Motervell (Şotlandiya) – Frayburq (Almaniya)
Ferentsvaroş (Macarıstan)/Qurnik (Polşa) – Monako (Fransa)
İnter Turku (Finlandiya)/Vaduts (Lixtenşteyn) – Debretsen (Macarıstan)/Kopenhagen (Danimarka)
Benfika (Portuqaliya)/Harts (Şotlandiya) – Payde (Estoniya)/Rapid (Avstriya)
ÇFR (Rumıniya)/Tromse (Norveç) – Brayton (İngiltərə)
Jalgiris (Litva)/Hayduk (Xorvatiya) – Rakuv (Polşa)/Hammarbü (İsveç)
Panatinaikos (Yunanıstan)/ÇSKA 1948 (Bolqarıstan) – Hradeç (Çexiya)/Beşiktaş (Türkiyə)
Göteborq (İsveç)/Gent (Belçika) – Hibernian (Şotlandiya)/Şkendiya (Şimali Makedoniya)
PAOK (Yunanıstan)/Anderlext (Belçika) – Brann (Norveç)/Apollon (Kipr)
Atalanta (İtaliya) – Hapoel (Təl-Əviv, İsrail)/Katovitse (Polşa)
Bohemians (İrlandiya)/Midtyulland (Danimarka) – Riyeka (Xorvatiya)/İlves (Finlandiya)
Yagelloniya (Polşa)/Reyncers (Şotlandiya) – Yablonets (Çexiya)/RFS (Latviya)
Valyur (İslandiya)/Nordşelland (Danimarka) – Şerif (Moldova)/Sent-Qallen (İsveçrə)
Auda (Latviya)/Dinamo Siti (Albaniya) – Pafos (Kipr)/Zalsburq (Avstriya)
Noa (Ermənistan)/Sion (İsveçrə) – Ayaks (Niderland)/Şelburn (İrlandiya)
Braqa (Portuqaliya)/Dinamo Minsk (Belarus) – Beytar (İsrail)/Austria (Avstriya)
Tvente (Niderland)/Dunayska Streda (Slovakiya) – Dinamo (Kiyev, Ukrayna)/Qarabağ (Azərbaycan)
Xetafe (İspaniya) – Partizan (Serbiya)/Tobol (Qazaxıstan)
Luqano (İsveçrə)/Runavik (Farer adaları) – Makkabi (Təl-Əviv, İsrail)/ÇSKA (Sofiya, Bolqarıstan)


