Avropa Konfrans Liqasında mübarizəni dayandıran “Zirə” fransalı mərkəz yarımmüdafiəçisi Brahim Konate ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Gözlənilməz ayrılığın səbəbləri barədə məlumat verilməyib.
Xatırladaq ki, Brahim Konate “Zirə”yə 2025-ci ilin yayında “Şamaxı”dan keçmişdi. O, “qartallar”ın heyətində meydana çıxdığı 34 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Konatenin “Şamaxı” karyerası isə 30 oyun, 9 qol və 3 assistdən ibarətdir.
Konate karyerası ərzində “Oser”, “Kauno Jalgiris”, “Fuenlabrada”, “Hapoel” (Afula), “Rayo Maxadahonda” kimi klubların da formasını geyinib.
“Zirə” bu yay Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov və Fuad Bayramovla da yollarını ayırıb. Gedənlərin əvəzində Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit və Lue Bayere heyətə cəlb ediliblər. Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə imzalanıb.


