Əkbər Eyyubov “İmişli”də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Əkbər Eyyubov bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“İmişli” 20 yaşlı mərkəz müdafiəçisini 2026/2027-ci illər mövsümünün sonunadək icarə müqaviləsi əsasında heyətinə qatıb.

Əkbər Eyyubov “Sabah”ın yetirməsidir. O, 2024-cü ilin yayında paytaxt klubundan ayrılaraq “Zirə”yə keçib. Ötən mövsümü “Mingəçevir”də icarə əsasında keçirmiş Əkbər, eyni zamanda Azərbaycanın U-19 və U-21 milli komandalarında çıxış edib.

“İmişli” daha öncə Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin və Pikas kimi futbolçuları da heyətinə qatıb. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə imzalanıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka, Ezekiel Morqan və Ronaldo Souza isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: