Bu gün Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında Azərbaycan Birinci Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, tədbirdə 2026/2027-ci illər mövsümünün təqvimi müəyyənləşib.
Qeyd edək ki, ötən mövsümdə olduğu kimi, qarşıdakı mövsümdə də bu yarışda 10 komanda mübarizə aparacaq. 3 dövrəli sistemlə keçiriləcək turnirin 1-ci və 19-cu turlarının (3-cü dövrənin) püşkləri atılıb.
Sentyabrın 3-də start götürəcək yeni mövsümün 1-ci və 19-cu turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
Birinci Liqa
1-ci tur
MOİK – Şahdağ Qusar
Şimal – Cəbrayıl
Xankəndi – Səbail
Mingəçevir – Zaqatala
Baku Sportinq – Karvan
19-cu tur
Mingəçevir – Xankəndi
Şahdağ Qusar – Zaqatala
Baku Sportinq – Səbail
Şimal – MOİK
Cəbrayıl – Karvan


