Braziliyanın “Ferroviario” klubunun hücumameyilli yarımmüdafiəçisi Lukas Blek bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 55 nömrəli formada çıxış edəcək.
Lukas Blek karyerası ərzində “Monte Azul”, “Krisiuma”, “Marinqa”, “Sertaozinyo”, “Qoyas” kimi klubların da formasını geyinib. O, sonuncu klubu “Ferroviario”nun heyətində 27 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 5 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Sumqayıt” bu yay Xeymes Almeyda və Jeam Oliveyra ilə də güclənib. Emil Mustafayevin də transfer hüquqları alınıb. Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı, Mehdi Cənnətov və Abdul Raşid Mumini isə komandanı tərk ediblər.


