Ümid Səmədov “Kəpəz”lə yeni müqavilə bağladı

2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” yetirməsi olan sol cinah müdafiəçisi Ümid Səmədov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin yeni anlaşması 2028-ci ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər idi.

Ümid Səmədov karyerası ərzində yalnız “Kəpəz”də çıxış edib. O, ötən mövsüm ümumilikdə 27 oyun keçirib.

“Kəpəz” daha öncə Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə də yeni müqavilə bağlayıb, Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli və Viktor Stinanı heyətinə qatıb.

Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa, Ryonosuke Ohori isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: