15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-15) avqustun 6-dan 9-na qədər Bakı şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
UEFA İnkişaf Turnirində iştirak edəcək U-15 millimiz bunun üçün avqustun 9-da yarışın təşkil olunacağı Qazaxıstanın Şimkənd şəhərinə yollanacaq.
Heyətə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
- Mədinə Şükürlu – Neftçi
- Çiçək Həsənli – Şəfa
- Safiya Cəfərova – Neftçi
- Gülay Allahverdiyeva – Neftçi
- Elina Kotikova – Sabah
- Asia Vahbi – Ulduz
- Rəbiyyə Əhməd – Ulduz
- Lamiyə Yarəliyeva – Alekseyevka (Quba)
- Mədinə Həmzəyeva – Kəpəz
- Fatimə İbrahimzadə – Sumqayıt
- Zəhra Nəcəfli – Neftçi
- Ləman Hüseynli – Şəfa
- Ayan Baxşalı – Şəfa
- Banu Sadiqova – Neftçi
- Nazlı Məmmədzadə – Sumqayıt
- Minayə Sadıxova – Sumqayıt
- Zeynəb Cabbarlı – Sumqayıt
- Yasmin İsazadə – Neftçi
- Zəhra Əkbərli – Neftçi
- Sara Qaribova – Neftçi
12 avqust
16:00. Azərbaycan – Qazaxıstan
“Namys” stadionu.
14 avqust
09:30. Azərbaycan – Rusiya
“Namys” stadionu.
17 avqust
09:30. Belarus – Azərbaycan
“Namys” stadionu.
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.


