Bu gün Peşəkar Futbol Liqasının inzibati binasında futbol üzrə Azərbaycan İkinci Liqasının 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yeni mövsümdə bu yarış 12 komandanın iştirakı ilə 6-lıq sistemlə keçiriləcək. Bugünkü tədbirdə turnirin 1-ci və 2-ci dövrəsinin püşkü atılıb.
1 sentyabr tarixində start götürəcək yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
İkinci Liqa
1-ci tur
1 sentyabr
Qaradağ Lökbatan – Hypers
Şirvan – Kür-Araz
Şəki – Ağdaş
Şəmkir – Marafon
Difai – Dinamo
Zəngəzur – Ağstafa Gəncləri


