Birinci Liqada çıxış edən “Cəbrayıl”, elədə də İkinci Liqanın iştirakçısı olan “Quba” futbol komandalarının adları dəyişdirilib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Açıqlamada bildirilir ki, “Cəbrayıl” bundan sonra yarışlarda “Gəncəbasar”, “Quba” isə “Hypers” adı altında mübarizə aparacaq.
Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.
“Gəncəbasar” Birinci Liqanın yeni mövsümünün ilk turunda səfərdə “Şimal”la üz-üzə gələcək. “Hypers” isə İkinci Liqanın yeni mövsümünə “Qaradağ Lökbatan”a qarşı keçirəcəyi səfər oyunu ilə start verəcək.


