İqor Kostyuk: “Qarabağ” çətin rəqibdir”

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Ukrayna və Azərbaycan komandaları arasındakı ilk oyun sabah Polşada baş tutacaq.

İqor Kostyuk bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” çətin rəqibdir. Ötən mövsüm Çempionlar Liqasında çıxış edib. Bununla belə, öz gücümüzə inanırıq, rəqibi təhlil edir və inkişaf edirik. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, çətin olacaq, amma biz buna təlim-məşq toplanışında hazırlaşmışıq. Avrokubok oyunları həm gənc, həm də təcrübəli futbolçuların inkişafına stimul verir. Çempionat oyunları isə oyun praktikası baxımından vacibdir. Çünki iki heyətimiz olacaq və hər kəsin oynamaq imkanı yaranacaq. Rəqabət olacaq və heyətlər oyundan-oyuna dəyişə bilər. Bu da həm çempionatda, həm də avrokuboklarda rəqabətədavamlı olmağımıza imkan verəcək”.

İqor Kostyuk heyətlə də bağlı fikirlərini bölüşüb: “Aleksandr Tımçik bizə qoşulub. Konstantin Vivçarenko hələ də zədəlilər siyahısında qalır. Kirilo Osipenko, Vladislav Zaxarçenko və Denis Popov hazırda Kiyevdə bərpa prosesi keçirlər. Nikolay Mixaylenko da əsas qrupla məşq etmir və bərpa olunur. Qalan bütün futbolçular ümumi qrupda məşq edir və oyuna hazırlaşırlar”.

“Dinamo”nun müdafiəçisi Aleksey Siç də “Qarabağ”la oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb:

“Komandada əhval-ruhiyyə müsbət və döyüşkəndir. Ən yaxşı oyunumuzu göstərməyə hazırıq. Hələ ki, öz üzərimdə belə bir təzyiq hiss etmirəm, şərhləri oxumuram. “Dinamo” böyük klubdur və buna görə də burada özümü ən yaxşı şəkildə göstərmək istəyirəm. Əlimdən gələnin yüz, hətta iki yüz faizini etməyə çalışacağam”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: