“Brann” Konfrans Liqasında “Apollon”a uduzdu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Brann” Norveçdə qarşılaşdığı Kipr “Apollon”una minimal hesabla məğlub olub. “Panatinaikos” – ÇSKA 1948 matçında isə qalib müəyyənləşməyib.

Avropa Liqası ilə vidalaşmış “Qarabağ” da mübarizəni Konfrans Liqasında davam etdirir. Ağdam klubu burada Ukraynanın ən məşhur kollektivi olan Kiyev “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da səfərdə keçiriləcək.

Xatırladaq ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları cavab görüşləri gələn həftə baş tutacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
4 avqust

Auda (Latviya) – Dinamo (Tirana, Albaniya) 1:0

5 avqust

Brann (Norveç) – Apollon (Kipr) 0:1
Panatinaikos (Yunanıstan) – ÇSKA 1948 (Bolqarıstan) 1:1

6 avqust

19:00. İnter Turku (Finlandiya) – Vaduts (Lixtenşteyn)
20:00. HJK (Finlandiya) – Motervell (Şotlandiya)
20:00. Yablonets (Çexiya) – RFS (Latviya)
20:00. Noa (Ermənistan) – Syon (İsveçrə)
20:00. Payde (Estoniya) – Rapid (Avstriya)
20:30. ÇFR (Rumıniya) – Tromse (Norveç)
21:00. Debretsen (Macarıstan) – Kopenhagen (Danimarka)
21:00. Dinamo (Kiyev, Ukrayna) – Qarabağ (Azərbaycan)
21:00. Göteborq (İsveç) – Gent (Belçika)
21:00. İnter Eskaldes (Andorra) – Flora (Estoniya)
21:00. Rakuv (Polşa) – Hammarbü (İsveç)
21:00. Riqa (Latviya) – Dyor (Macarıstan)
21:00. Şerif (Moldova) – Sent-Qallen (İsveçrə)
21:00. Jalgiris (Litva) – Hayduk (Xorvatiya)
21:30. Beytar (İsrail) – Austria (Avstriya)
22:00. Ayaks (Niderland) – Şelburn (İrlandiya)
22:00. Hapoel (Təl-Əviv, İsrail) – Katovitse (Polşa)
22:00. Tvente (Niderland) – Dunayska Streda (Slovakiya)
22:30. Borats (Bosniya və Herseqovina) – Vitebsk (Belarus)
22:30. Braqa (Portuqaliya) – Dinamo (Minsk, Belarus)
22:30. Luqano (İsveçrə) – Runavik (Farer adaları)
22:30. Valyur (İslandiya) – Nordsyelland (Danimarka)
22:45. Bohemians (İrlandiya) – Midtyulland (Danimarka)
22:45. Riyeka (Xorvatiya) – İlves (Finlandiya)
22:45. Hibernian (Şotlandiya) – Şkendiya (Şimali Makedoniya)
23:00. Partizan (Serbiya) – Tobol (Qazaxıstan)
23:00. Tre Fiori (San Marino) – Drita (Kosovo)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: