“Qarabağ” Kiyev “Dinamo”su ilə üz-üzə!

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandaları arasındakı ilk görüş məlum səbəblərdən Polşada baş tutacaq.

Lyublin şəhərində təşkil edəcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq olacaq.

Ağdam təmsilçisi səfər matçında sərfəli nəticə qazanmağa çalışacaq. Əks halda tanınmış rəqibi mübarizədən kənarlaşdırmaq çətinləşə bilər.

Bu komandalar arasında gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək cavab matçına saat 20:00-da start veriləcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust

21:00. Dinamo (Kiyev) – Qarabağ
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (Danimarka).
Polşa. Lyublin. “Motor Lyublin Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: