Slavik Alxasov “Səbail”də!

Bu gün Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”dan azad agent kimi ayrılan Slavik Alxasov bundan sonra Azərbaycan Birinci Liqasında oynayacaq.

Arena.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi “Səbail”ə keçib.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Slavik Alxasov 2024-cü ilin avqustundan “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində 61 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. O, bu yay Naxçıvan klubu ilə yeni müqaviləyə imza atmışdı. Lakin bu gün Premyer Liqa təmsilçisi müdafiəçinin müqaviləsinə özünün xahişi əsasında xitam verildiyini açıqlamışdı.

Slavik daha öncə “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Zirə”, “Xəzər Lənkəran” və “Turan Tovuz” kimi klublarda da çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: