2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Kəpəz” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, “sarı-göylər” Gəncə şəhər stadionunda “Karvan”la qarşılaşıblar.
Birinci Liqa təmsilçisi ilə oyun elita təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Gəncəlilər yekunda 2:1 hesablı qələbəyə seviniblər. Qalib komandanın heyətində Kennet Kalunqa ilə Azuma Abubakar fərqləniblər.
Xatırladaq ki, bu, Gəncə təmsilçisinin yay toplanışı çərçivəsindəki ilk qələbədir. Bu komanda daha öncə “Qəbələ”yə 1:2 hesabıyla uduzmuş, “Şamaxı” və “Sumqayıt”la görüşlərdə isə heç-heçə (0:0) qeydə alınmışdı.
“Kəpəz” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda doğma meydanda son çempion “Sabah” ilə üz-üzə gələcək. Yeni mövsümə avqustun 14-də start veriləcək.


