“Sumqayıt” Qətər klubu ilə “sülh bağladı”

2026/2027-ci illər mövsümünə hazırlığını davam etdirən “Sumqayıt” bu gün Qəbələ toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.

Öncədən əldə olunmuş razılığa əsasən, oyunun ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edib. Bu matçda hesab açılmayıb – 0:0.

Xatırladaq edək ki, “Sumqayıt” bundan əvvəl keçirdiyi sınaq matçlarında “Qəbələ” (1:1) və “Kəpəz”lə (0:0) heç-heçə etmişdi. “Şamaxı” ilə görüş isə bu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Sumqayıtın eyniadlı təmsilçisi “İmişli”yə də 1:4 hesabıyla uduzub.

Sumqayıtlıları Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Neftçi” ilə ev oyunu gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: