Bu yay “Neftçi”dən ayrılaraq Kiprin “Pafos” klubuna transfer olunmuş Murad Məmmədov yeni komandasının heyətində növbəti rəsmi oyununa çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Zalsburq” komandasına qarşı keçirdikləri cavab oyununun iştirakçısı olub.
Azərbaycanlı vinger doğma meydanda baş tutmuş bu matçın 82-ci dəqiqəsində meydana buraxılıb. Komandasının sonuncu – 3-cü qolunu da məhz Məmmədov vurub. O, meydanda çıxdıqdan cəmi 2 dəqiqə sonra (84) fərqlənib. Bu, onun “Pafos”dakı ilk qolu olub.
Qarşılaşma 3:3 hesabıyla bitib. İlk oyunda “Zalsburq” 1:0 hesabıyla qalib gəldiyi üçün “Pafos” Avroliqa ilə vidalaşıb.
Xatırladaq ki, Murad Məmmədov bu yay qoşulduğu “Pafos”un heyətində hələlik 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.


