Konfrans Liqasında pley-offun bütün cütləri bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün pley-off mərhələsində üz-üzə gələcək bütün cütlüklər müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib.

“Qarabağ”ın da növbəti raunddakı rəqibi bəllidir. Ağdam klubu pley-offda “Tvente” (Niderland) ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə ayın 27-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

20 avqust – 27 avqust

Çempionlar yolu

Vikinqur (İslandiya) – Borats (Bosniya və Herseqovina)
Şemrok Rovers (İrlandiya) – KuPS (Finlandiya)
Drita (Kosovo) – İnter Eskaldes (Andorra)
Klaksvik (Farer adaları) – Riqa (Latviya)
Linkoln (Cəbəllüttariq) – Larne (Şimali İrlandiya)

Əsas yol

Motervell (Şotlandiya) – Frayburq (Almaniya)
Qurnik (Polşa) – Monako (Fransa)
İnter Turku (Finlandiya) – Kopenhagen (Danimarka)
Harts (Şotlandiya) – Rapid (Avstriya)
Tromse (Norveç) – Brayton (İngiltərə)
Hayduk (Xorvatiya) – Rakuv (Polşa)
Panatinaikos (Yunanıstan) – Hradeç (Çexiya)
Gent (Belçika) – Hibernian (Şotlandiya)
PAOK (Yunanıstan) – Brann (Norveç)
Atalanta (İtaliya) – Hapoel (Təl-Əviv, İsrail)
Midtyulland (Danimarka) – Riyeka (Xorvatiya)
Reyncers (Şotlandiya) – Yablonets (Çexiya)
Nordsyelland (Danimarka) – Sent-Qallen (İsveçrə)
Dinamo Siti (Albaniya) – Pafos (Kipr)
Sion (İsveçrə) – Ayaks (Niderland)
Braqa (Portuqaliya) – Austria (Avstriya)
Tvente (Niderland) – Qarabağ (Azərbaycan)
Xetafe (İspaniya) – Partizan (Serbiya)
Luqano (İsveçrə) – Makkabi (Təl-Əviv, İsrail)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: